Almaniyanın dövlət borcu artıb
Almaniyanın dövlət borcu 2026-cı ilin birinci rübünün yekunlarına görə artıb.
Ajans.az xəbər verir ki, Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatına əsasən, ölkənin dövlət borcu mart ayının sonuna 2 trilyon 726,5 milyard avroya çatıb. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 64,9 milyard avro və ya 2,4 faiz çoxdur.
Hesabata görə, federal hökumətin borcu 44,4 milyard avro (2,4 faiz) artaraq 1 trilyon 884,9 milyard avro olub.
Mövzular: