Reklam resmi
Reklam resmi

ABŞ-də dəhşətli mənzərə: Kabusu xatırladan DOVŞANLAR...

ABŞ-də dəhşətli mənzərə: Kabusu xatırladan DOVŞANLAR...
Dünya

ABŞ-də baş və bədənləri çadırnağı xatırladan qəribə çıxıntılarla örtülmüş dovşanların görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. Qorxunc görünüşlərinə görə bu heyvanlar "Frankenşteyn dovşanları" adlandırılır.

Ajans.az xəbər verir ki, bu barədə LadBible nəşri məlumat yayıb.

Bildirilir ki, ABŞ-nin bir neçə ştatında qeydə alınan bu dovşanlar, böyük ehtimalla, Şope papillomavirusu (Shope papillomavirus) ilə yoluxublar. Virus əsasən heyvanların baş nahiyəsində və bədəninin müxtəlif hissələrində buynuzabənzər şişlərin əmələ gəlməsinə səbəb olur.

Mütəxəssislərin sözlərinə görə, qorxunc görünüşlərinə baxmayaraq, bu xəstəlik əsasən dovşanlara xasdır və insanların yoluxması ilə bağlı təsdiqlənmiş fakt yoxdur.

Alimlər bildirirlər ki, vəhşi təbiətdə belə dovşanlarla qarşılaşan şəxslər onlara toxunmamalı, xəstə görünən heyvanları isə aidiyyəti qurumlara bildirməlidirlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Şope papillomavirusu virus dovşan

Digər Xəbərlər