Zelenskidən gözlənilməz qərar: 40 günlük əməliyyat başladı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya təzyiqi artırmaq və müharibənin başa çatmasına nail olmaq məqsədi daşıyan 40 günlük əməliyyat planını təsdiqlədiyini açıqlayıb.
Ajans.az xəbər verir ki, Zelenski bu barədə özünün Telegram kanalında paylaşım edib.
Prezident bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Yevgeni Xmara ona uzunmənzilli və ortamənzilli zərbə imkanları, eləcə də cəbhə xəttində fəaliyyət göstərən "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin nəticələri barədə hesabat təqdim edib.
Zelenskinin sözlərinə görə, hesabatın yekununda Rusiyaya təzyiq göstərmək və onu müharibəni dayandırmağa sövq etmək məqsədi daşıyan 40 günlük əməliyyat planı təsdiqlənib.
Ukrayna lideri həmçinin qeyd edib ki, SBU son bir neçə ay ərzində müxtəlif tipli pilotsuz uçuş aparatlarından (PUA) səmərəli istifadə etməklə cəbhə xəttində Ukrayna qüvvələrinin mövqelərinin müdafiəsində yüksək nəticələr əldə edib.
Mövzular: