Reklam resmi
Reklam resmi

Venesuelada zəlzələ qurbanlarının sayı 235-ə yüksəldi

Venesuelada zəlzələ qurbanlarının sayı 235-ə yüksəldi
Dünya

Venesuelada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 235 nəfərə çatıb. 4.3 mindən artıq insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ajans.az xəbər verir ki. bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat verib.

Onun sözlərinə görə, hazırda 157 nəfər itkin düşmüş hesab olunur. Bundan başqa, 200-dən çox insan təxminən 250 dağılan və ya ciddi zədələnən binanın dağıntıları altında qalıb.

Xilasetmə əməliyyatları davam edir, axtarış-xilasetmə qrupları dağıntılar altında qalan şəxslərin tapılması istiqamətində işlərini fasiləsiz şəkildə davam etdirirlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Xorxe Rodriges Venesuela zəlzələ

Digər Xəbərlər