Ermənistanda parlamentinin yeni sədri SEÇİLDİ
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyası Ruben Rubinyanı Milli Məclisin sədri vəzifəsinə namizəd irəli sürüb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan fraksiyanın iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Paşinyanın sözlərinə görə, namizədlik qapalı müzakirələr və gizli səsvermə nəticəsində müəyyənləşdirilib.
"Müzakirələrin və qapalı gizli səsvermənin nəticəsinə əsasən, Ruben Rubinyan Milli Məclisin sədri vəzifəsinə namizəd seçilib", – deyə baş nazir qeyd edib.
Mövzular: