Yeni rüsum müəyyənləşir - 2750 manat
Hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Mərkəzi Bankın reyestrinə daxil edilməsi üçün rüsum müəyyənləşir.
Ajans.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin videokonfrans formatında keçirilən bugünkü birgə iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, reyestrə daxil edilmə üçün 2 750 manat məbləğində dövlət rüsumu müəyyən olunur.
Mövzular: