Reklam resmi
Reklam resmi

Çin su altında QALIB

Çin su altında QALIB
Dünya

Çinin Huangşi şəhəri rekord həddə yağan leysan yağışları nəticəsində ciddi daşqınlarla üzləşib. Əhalisi təxminən 2,5 milyon nəfər olan şəhərin böyük hissəsi su altında qalıb.

Ajans.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata görə, yaxınlıqdakı çaylardan birində suyun səviyyəsi 6,5 metr yüksəlib. Daşqınlardan əvvəl bölgədə uzun müddət davam edən intensiv yağışlar müşahidə olunub.

Təbii fəlakət ölkənin qərb bölgələrinə də təsir göstərib. Daşqınlar Qemo qəzasında ciddi fəsadlar yaradıb. Hotan qəzasında isə cəmi altı saat ərzində 64,7 millimetr yağıntı qeydə alınıb. Bu göstərici son 18 ay ərzində həmin ərazi üçün orta yağıntı normasına bərabərdir.

Güclü leysanlar nəticəsində bir körpü sel suları tərəfindən dağıdılıb və nəqliyyatın hərəkəti çətinləşib.

Məlumata görə, bölgədə iki nəfər güclü selə düşərək həyatını itirmək təhlükəsi ilə üzləşib. Onlar yerli çobanlar tərəfindən son anda xilas ediliblər.

Hazırda fəlakət bölgələrində fövqəladə xidmətlər fəaliyyət göstərir, daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çin leysan

Digər Xəbərlər