Bu ölkədə yeni Prezident SEÇİLDİ
Kolumbiya Milli Seçki Şurası Abelardo Qabriel de la Espriellanı ölkənin yeni seçilmiş prezidenti elan edib.
Ajans.az xəbər verir ki, bu barədə yerli RCN televiziya və radio şəbəkəsi məlumat yayıb.
Milli Seçki Şurasının sözçüsü Xayme Hernando Suaresin sözlərinə görə, Abelardo de la Espriella Otero 2026–2030-cu illər üçün Kolumbiyanın dövlət başçısı seçilib.
“Kolumbiya vətəndaşı Abelardo de la Espriella Otero 2026–2030-cu illər üçün ölkə prezidenti seçilib”, – deyə Suares bildirib.
Məlumata görə, yeni prezidentin andiçmə mərasimi avqustun 7-də keçiriləcək.
Səsvermənin yekun nəticələrinə əsasən, Vətənin Müdafiəçiləri hərəkatının namizədi Abelardo de la Espriella 12,96 milyon seçicinin səsini qazanıb.
Onun əsas rəqibi, hakim Tarixi Pakt siyasi qüvvəsinin namizədi isə 12,7 milyon səs toplayıb.
Beləliklə, de la Espriella seçkilərdə minimal fərqlə qalib gələrək Kolumbiyanın növbəti prezidenti olmaq hüququ qazanıb.