Reklam resmi
Reklam resmi

Rusiyada benzini oyuncaq ayıda DAŞIYIRLAR

Rusiyada benzini oyuncaq ayıda DAŞIYIRLAR
Dünya

Krıma səfər edən bəzi turistlər yanacağı qeyri-adi üsullarla daşımağa üstünlük verirlər. Benzin uşaq oyuncaqlarında, soyuducu çantalarda, pivə çəlləklərində, süd qablarında, termoslarda və digər qablarda daşınır.

Ajans.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik əməkdaşlarının rastlaşdığı ən qeyri-adi hal altı yaşlı qıza məxsus oyuncaq ayının içərisində gizlədilmiş benzin qabı olub. Valideynlərin sözlərinə görə, uşaq ailədə Aİ-95 markalı benzin qıtlığı ilə bağlı söhbətləri eşitdikdən sonra yanacağın bu üsulla daşınmasını təklif edib.

Bundan başqa, Kaluqa və Ufa şəhərlərindən gələn turistlərin benzini plastik çəlləklərdə və içi boşaldılmış qaz balonunda daşıdığı bildirilir.

Məlumatda qeyd olunur ki, bütün bu hallarda turistlər yanacağı heç bir problemlə üzləşmədən Krıma keçirə biliblər. Bildirilir ki, mövcud qaydalara əsasən, rentgen yoxlamasından (introskopdan) keçə bilən qablarda ümumi həcmi 200 litrdən çox olmayan yanacağın daşınmasına qadağa yoxdur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya benzin

Digər Xəbərlər