Bu ölkənin məşhur televiziya əfsanəsi VƏFAT ETDİ
Britaniya televiziyasının veteran aktrisası və aparıcısı, "The Good Life" və "To the Manor Born" kimi məşhur sitkomlardakı rolları ilə tanınan Deym Penelopa Kit 86 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə ailəsi məlumat yayıb.
50 ildən çox yaşadığı Surrey qraflığındakı evində xərçəng xəstəliyi ilə mübarizədən sonra dinc şəkildə dünyasını dəyişib.
"50 ildən artıq yaşadığı Surreydəki evində xərçənglə mübarizə aparan Deym Penelopa Kitin dinc şəkildə vəfat etdiyini dərin kədərlə bildiririk. Ailəmiz müalicəsi müddətində göstərilən qayğı və dəstəyə görə minnətdardır. Bu həssas dövrdə şəxsi həyatımıza hörmətlə yanaşılmasını xahiş edirik", – deyə ailənin açıqlamasında bildirilir.
Deym Penelopa Kit Britaniya televiziyasının ən tanınmış simalarından biri idi. O, xüsusilə "The Good Life" və "To the Manor Born" seriallarındakı rolları ilə böyük şöhrət qazanmışdı. Aktrisa 1977-ci ildə "The Good Life" serialındakı roluna görə BAFTA mükafatına layiq görülmüşdü.