Reklam resmi
Reklam resmi

Bu ölkədə aşpaz əsgərləri ZƏHƏRLƏDİ-HƏBS EDİLDİ 

Bu ölkədə aşpaz əsgərləri ZƏHƏRLƏDİ-HƏBS EDİLDİ 
Dünya

Sevastopol sakini Ukrayna hərbi kəşfiyyatı ilə əməkdaşlıq etdiyi və Rusiya Silahlı Qüvvələri barədə məlumat ötürdüyü iddiası ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Krım üzrə idarəsinə istinadən RİA Novosti agentliyi məlumat yayıb.

Məlumata görə, məhkum yerli restoranlardan birində aşpaz işləyib. FSB iddia edir ki, qadın əvvəlcə Xüsusi Hərbi Əməliyyatın (XHƏ) iştirakçılarını zəhərləməyi planlaşdırıb. Daha sonra isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə əlaqə yaradaraq Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının yerləşdiyi məntəqələr, eləcə də onların hərəkət marşrutları barədə məlumatlar ötürüb.

FSB-nin məlumatına əsasən, qadın həmçinin Sevastopol körfəzində yerləşən Qara Dəniz Donanmasının gəmilərinin fotoşəkillərini Ukrayna tərəfinə göndərib. İddia olunur ki, bu məlumatlardan Ukrayna Silahlı Qüvvələri tərəfindən raket zərbələrinin planlaşdırılmasında istifadə edilməsi nəzərdə tutulurdu.

Məhkəmə qadını dövlətə xəyanətdə təqsirli bilərək 16 il müddətinə azadlıqdan məhrum edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər