Reklam resmi
Reklam resmi

Yeni MODA: Şəffaf plastik ayaqqabılar GÜNDƏM OLDU

Yeni MODA: Şəffaf plastik ayaqqabılar GÜNDƏM OLDU
Dünya

Saint Laurent brendinin 2027-ci il yaz-yay kişi kolleksiyasının nümayişində təqdim olunan şəffaf plastik ayaqqabılar moda dünyasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, kolleksiyanın kreativ direktoru Entoni Vakkarello Parisdəki Müasir İncəsənət Muzeyində keçirilən defilədə modelləri tam şəffaf plastik ayaqqabılarla podiuma çıxarıb. Qeyri-adi dizayn nümayişin ən çox diqqət çəkən elementlərindən biri olub.

Sosial şəbəkələrdə minlərlə istifadəçi yeni ayaqqabılarla bağlı ironik şərhlər yazıb. Bir çoxları modeli "qorxunc", "narahat" və "praktik olmayan" adlandırıb. Digərləri isə yüksək modanın bəzən sərhədləri aşdığını və bu cür eksperimentlərin məhz diqqət çəkmək məqsədi daşıdığını bildirib.

Qalmaqallı ayaqqabılarla yanaşı, nümayişdə şəffaf köynəklər, dar biçimli şalvarlar, qızılı tonlarda geyimlər və parlaq gödəkçələr də təqdim olunub.

Beləliklə, Entoni Vakkarellonun yeni kolleksiyası təqdim olunduğu ilk gündən moda ictimaiyyətinin ən çox müzakirə etdiyi nümayişlərdən birinə çevrilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Saint Laurent Entoni Vakkarello Fransa

Digər Xəbərlər