Reklam resmi
Reklam resmi

Venesuelada DAHA BİR ZƏLZƏLƏ

Venesuelada DAHA BİR ZƏLZƏLƏ
Dünya

Venesuela sahillərində 4,6 bal gücündə növbəti zəlzələ baş verib.

Ajans.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri paytaxt Karakasdan təxminən 42 kilometr şimalda yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda sunami təhlükəsi elan edilməyib. Dağıntılar və ya xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş vermişdi. Həmin təkanlardan sonra 500-dən çox afterşok qeydə alınıb.

Rəsmi məlumata görə, həmin zəlzələlər nəticəsində 1450 nəfər həyatını itirib, 3200-dən çox insan yaralanıb. Təbii fəlakət çoxsaylı yaşayış binalarının dağılmasına, infrastrukturun və xəstəxanaların zədələnməsinə səbəb olub. Bundan əlavə, ölkənin əsas hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela zəlzələ

Digər Xəbərlər