Reklam resmi
Reklam resmi

ABŞ və İran YENİ RAZILIĞA GƏLDİ

ABŞ və İran YENİ RAZILIĞA GƏLDİ
Dünya

ABŞ və İran qarşılıqlı hücumlardan çəkinmək və danışıqları davam etdirmək barədə ilkin razılığa gəlib.

Ajans.az xəbər verir ki, bu barədə NewsNation telekanalı adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər yaxın günlərdə anlaşma memorandumunun bütün müddəaları üzrə texniki danışıqları davam etdirməyi planlaşdırırlar.

Mənbənin sözlərinə görə, hələlik həm ABŞ, həm də İran hərbi hücumlardan çəkinəcək. Eyni zamanda, Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin olunacağı bildirilir.

Qeyd edək ki, bu məlumat hələlik yalnız ABŞ rəsmisinin açıqlamasına əsaslanır. Vaşinqton və Tehran tərəfindən razılaşma ilə bağlı rəsmi bəyanat verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ İran İsrail müharibə

Digər Xəbərlər