Reklam resmi
Reklam resmi

Bu cihaz ağcaqanadları saniyələr içində məhv edir

Bu cihaz ağcaqanadları saniyələr içində məhv edir
Dünya

Çinin Photon Matrix Lab startapı ağcaqanadlarla mübarizə üçün süni intellektlə idarə olunan lazer cihazı hazırlayıb. Şirkət yeni məhsulun kütləvi istehsalına 2026-cı ilin avqustunda başlamağı planlaşdırır.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, cihaz uçan ağcaqanadları müəyyən etmək üçün lidar sistemi və süni intellekt alqoritmlərindən istifadə edir. Həşərat aşkar edildikdən sonra lazer vasitəsilə onu məhv edir. İstehsalçılar bildirirlər ki, bu texnologiya kimyəvi maddələrdən istifadə etmədən ağcaqanadlarla effektiv mübarizə aparmağa imkan verəcək.

Layihə beynəlxalq səviyyədə də böyük maraq doğurub. Startap Indiegogo platformasında keçirilən kütləvi maliyyələşdirmə kampaniyası çərçivəsində 2,7 milyon ABŞ dollarından çox vəsait toplayıb. Bildirilir ki, 50-dən artıq ölkədən 4 mindən çox istifadəçi cihazın istehsalını dəstəkləyib.

Şirkətin satış direktoru Lorens Lanqın sözlərinə görə, cihazın hazırlanmasında əvvəllər hərbi və sənaye sahələrində istifadə olunan bəzi texnologiyalar məişət məqsədləri üçün uyğunlaşdırılıb.

İlkin plana əsasən, cihazın daha tez satışa çıxarılması nəzərdə tutulsa da, istehsal qrafikində dəyişiklik edilib. Hazırda kütləvi istehsalın 2026-cı ilin avqustunda başlaması planlaşdırılır.

Şirkət hesab edir ki, layihə uğurlu olacağı təqdirdə, bu texnologiya həşəratlarla mübarizə sahəsində yeni mərhələnin başlanğıcı ola bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çin suni intelekt ağcaqanadlar Indiegogo platforması

Digər Xəbərlər