Reklam resmi
Reklam resmi

Xətt görünmür, amma CƏRİMƏ YAZILIR

Xətt görünmür, amma CƏRİMƏ YAZILIR
Cəmiyyət

Radar və kameralarla tətbiq olunan cərimələrlə bağlı sürücülərin ən çox şikayət etdiyi problemlər açıqlanıb.

“Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnformasiya İctimai Birliyinin sədri Ərşad Hüseynov ajans.az-a müsahibəsində bildirib ki, radar və kameralar vasitəsilə tətbiq olunan elektron cərimələrlə bağlı sürücülərdən daxil olan şikayətlər əsasən iki qrupa bölünür: faktiki hallar və prosedur məsələləri.

Ərşad Hüseynovun sözlərinə görə, elektron qərarların fəlsəfəsi ondan ibarətdir ki, qayda pozuntusu foto və ya video ilə açıq şəkildə sübut olunsun: 

"Lakin Azərbaycanda yol infrastrukturu və hərəkətin təşkili ilə bağlı bəzi problemlər sürücülərdə haqlı suallar yaradır. Son dövrlərdə ən çox rast gəlinən şikayətlərdən biri dayanma və durma qaydalarının pozulması ilə bağlıdır. Sürücülər iddia edirlər ki, cərimə yazılan bəzi ərazilərin həqiqətən səki və ya dayanmanın qadağan olunduğu yer olub-olmaması aydın deyil. Bəzi hallarda isə sürücülər cərimənin tətbiq olunduğu ərazinin binanın həyəti və ya digər mübahisəli məkan olduğunu bildirirlər".

Mütəxəssisin sözlərinə görə, yol nişanlarının, nişanlanma xətlərinin görünməməsi və ya keyfiyyətini itirməsi də mübahisələrə səbəb olur:

"Sürücülər bəzən bütöv xəttin tələbinin pozulmasına görə cərimələndiklərini, lakin həmin xəttin faktiki olaraq görünmədiyini bildirirlər".

Ərşad Hüseynov əlavə edib ki, prosedur xarakterli şikayətlər də kifayət qədərdir: 

"Bu şikayətlər əsasən avtomobilin istifadəçisi ilə bağlı yaranır. Qanunvericiliyə əsasən elektron cərimə avtomobilin rəsmi istifadəçisinin adına rəsmiləşdirilir. Lakin bəzi hallarda nəqliyyat vasitəsini həmin vaxt başqa şəxs idarə etdiyindən cərimənin kimin adına yazılması ilə bağlı mübahisələr yaranır. Qanun belə hallarda cərimənin faktiki sürücünün adına keçirilməsinə imkan versə də, bu istiqamətdə edilən müraciətlərə baxılmasının gecikməsi və prosedurların uzun çəkməsi də vətəndaş narazılığına səbəb olur".

Digər Xəbərlər