Reklam resmi
Reklam resmi

Zəlzələdən sonra 13 ölkə Venesuelaya yardım təklif edib

Zəlzələdən sonra 13 ölkə Venesuelaya yardım təklif edib
Dünya

Venesuelada baş verən güclü zəlzələdən sonra 13 ölkə və beynəlxalq qurum ölkəyə dəstək və yardım təklif edib.

Ajans.az xəbər verir ki, bu barədə Venesuela Prezidentinin xüsusi nümayəndəsi Delsi Rodriges məlumat verib. Onun sözlərinə görə, bir sıra dövlətlər və təşkilatlar Venesuela ilə həmrəylik nümayiş etdirərək zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək göstərməyə hazır olduqlarını bildiriblər.

“Dəstək və həmrəylik mesajları göndərən hökumətlərə təşəkkür edirəm. Bunlar ABŞ, Panama, Qətər, Kuba, Nikaraqua, Türkiyə, İordaniya, Barbados, Kyurasao, Kolumbiya, Böyük Britaniya, Braziliya, Meksika, həmçinin BMT və beynəlxalq maliyyə təşkilatlarıdır”, – deyə Rodriges bildirib.

Xatırladaq ki, çərşənbə axşamı Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentrləri Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib.

Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində azı 32 nəfər həyatını itirib, 700 nəfər yaralanıb. Bundan başqa, onlarla yaşayış və inzibati bina dağılıb və ya ciddi ziyan görüb.

Hazırda ölkədə axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela Delsi Rodriges ABŞ

Digər Xəbərlər