Reklam resmi
Reklam resmi

İranda uşaq alveri ARTIB

İranda uşaq alveri ARTIB
Dünya

İranda artan inflyasiya və yoxsulluğun dərinləşməsi fonunda cinayətkarlıq, məişət zorakılığı və uşaq alveri halları ilə bağlı narahatlıqlar artır.

Ajans.az xəbər verir ki, kriminoloq Qasım Qasımi "Etemad" qəzetinə müsahibəsində bildirib ki, son illər, xüsusilə də son aylarda mülkiyyət əleyhinə və zorakılıq xarakterli cinayətlərin sayında artım müşahidə olunur.

Bildirilib ki, iqtisadi çətinliklər uşaq alveri və uşaq istismarı kimi halların da artmasına zəmin yaradır. Yerli mediada yaxın vaxtlarda maddi sıxıntılar səbəbindən uşaqlarını satan valideynlərlə bağlı xəbərlər yayılıb.

Sosioloq Aliyə Şəkərbəyi isə ILNA agentliyinə açıqlamasında bildirib ki, uşaq alverinin əsas səbəblərindən biri dərin yoxsulluq, işsizlik və sosial dəstəyin yetərsizliyidir. Onun sözlərinə görə, bəzi hallarda uşaqların satılması mütəşəkkil şəbəkələrin fəaliyyəti ilə də əlaqəli ola bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran uşaq alveri

Digər Xəbərlər