Reklam resmi
Reklam resmi

“Şəfa” Rumıniyadan futbolçu transfer edir

“Şəfa” Rumıniyadan futbolçu transfer edir
İdman

Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşan “Şəfa” növbəti transferə hazırlaşır.

Ajans.az xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Rumıniya Superliqasında “Unirea Sloboziya” klubunun şərəfini qorumuş Vlad Popu heyətinə qatacaq.

Transfer dəyəri 350 min avro olan 25 yaşlı yarımmüdafiəçi ilə danışıqlar artıq müsbət yekunlaşıb. Rumıniyanın U-21 milli komandasının sabiq üzvü olan Pop geridə qalan mövsümdə “Unirea Slobozia” heyətində 33 rəsmi matçda meydana çıxıb.

“Şəfa”nın rumıniyalı futbolçu ilə bu ayın sonunadək rəsmi müqavilə imzalayacağı gözlənilir.

Mövzular:
Azərbaycan Premyer Liqası Şəfa transfer

Digər Xəbərlər