Reklam resmi
Reklam resmi

Portuqaliya Özbəkistanı məğlub etdi - DÇ-2026

Portuqaliya Özbəkistanı məğlub etdi - DÇ-2026
İdman

2026-cı il dünya çempionatında K qrupunun II turunun oyunlarına start verilib.

Ajans.az xəbər verir ki, Portuqaliya millisi Özbəkistan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Portuqaliya matça qolla başlayıb. 6-cı dəqiqədə Kriştiano Ronaldo hesabı açıb.

17-ci dəqiqədə fərq iki topa çatıb. Nuno Mendeş cərimə zərbəsindən fərqlənib.

39-cu dəqiqədə Portuqaliyanın superulduzu Ronaldo yenidən səhnəyə çıxıb. 41 yaşlı futbolçu özünün 2-ci, komandasının 3-cü qolunu vurub.

Avropalılar bundan sonra daha 2 dəfə də fərqləniblər. Nematovun avtoqolu, Leaonun qolu hesabı 5:0 edib.

Görüş bu hesabla başa çatıb.

Mövzular:
Portuqaliya Özbəkistan DÇ-2026

Digər Xəbərlər