Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 926,908 milyon ABŞ dolları dəyərində mal idxal edib.
Ajans.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 % azdır.
Beş ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 1 %-ni təşkil edib.
Türkiyədən ən çox mal idxalını Almaniya 8 milyard 305,128 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 2,1 % çox), ABŞ 5 milyard 686,731 milyon ABŞ dolları (+6,1 %) və Birləşmiş Krallıq 5 milyard 668,509 milyon ABŞ dolları (+3,2 %) dəyərində həyata keçirib.
Mövzular: