Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb
2026-cı ilin yanvar-aprel aylarında yüklərin sığortalanması üzrə 2 milyon 360 min manat sığorta haqqı toplanıb.
Ajans.az xəbər verir ki, bu keçən ilin eyni dövrü ilə müqayisədə yüklərin sığortalanması üzrə toplanan sığorta haqlarında 455 min manat və ya 23,9% artım deməkdir. Sığorta ödənişlərinin həcmi isə 19 min manat və ya 65,5% yüksəlib.
2025-ci ilin eyni dövründə isə yüklərin sığortalanması üzrə 1 milyon 905 min manat sığorta haqqı toplanmış, 29 min manat sığorta ödənişi edilmişdi. (valyuta.az)
Mövzular: