Reklam resmi
Reklam resmi

ABŞ-də təyyarənin təkəri eniş zamanı QOPUB

ABŞ-də təyyarənin təkəri eniş zamanı QOPUB
Digər

ABŞ-da eniş zamanı United Airlines-a məxsus təyyarənin burun təkərlərindən biri qopub.

Ajans.az xəbər verir ki,bu barədə Aviation Today məlumat yayıb.

Şahidlərin çəkdiyi videoda təyyarənin uçuş-enmə zolağına enərkən burun təkərlərindən birinin yan tərəfə yuvarlandığı görünür. Hadisə nəticəsində heç kəs xəsarət almayıb.

United Airlines təyyarəsi səhər saatlarında Çikaqodan yola düşərək Orlando Beynəlxalq Hava Limanına gedirdi. Göyərtədə 200 sərnişin və 6 ekipaj üzvü olub. Təyyarə eniş etdikdən sonra sərnişinlər avtobuslarla terminala gətirilib.

Hadisə baş verdikdən sonra Federal Aviasiya Administrasiyası (FAA) bütün təyyarə enişlərini müvəqqəti dayandırıb. Nasazlığın səbəbi araşdırılır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Ajans.az (@ajans.az)

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ təyyarə

Digər Xəbərlər