Reklam resmi
Reklam resmi

Pezeşkian paytaxtın köçürülməsinin qaçılmaz olduğunu bildirdi

Pezeşkian paytaxtın köçürülməsinin qaçılmaz olduğunu bildirdi
Digər

İran Prezidenti Məsud Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı paytaxtın Tehrandan köçürülməsinin qaçılmaz olduğunu bildirib.

Ajans.az “Azad Iran” Telegram kanalına istinadən xəbər verir.

Prezident qeyd edib ki, layihə əvvəlki illərdə büdcə məhdudiyyətləri səbəbindən həyata keçirilə bilməyib, lakin hazırkı vəziyyət ölkəyə başqa seçim qoymur. Pezeşkian vurğulayıb ki, Tehran artıq əhali artımına və tikinti təzyiqlərinə tab gətirə bilmir: “Biz bu bölgəni əhali və tikinti ilə daha da yükləyə bilmərik. İnkişaf mümkündür, lakin su probleminin həlli mümkün deyil.”

O həmçinin Fars körfəzindən suyun gətirilməsi variantının nəzərdən keçirildiyini, lakin kubmetr üçün təxminən 500.000 tümən (təxminən 3,35 dollar) dəyərinin layihəni iqtisadi baxımdan mümkünsüz etdiyini bildirib.

Prezident ölkənin gələcəyi üçün paytaxt məsələsinin “elmi, hərtərəfli və son həlli”nin vacib olduğunu vurğulayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Məsud Pezeşkian

Digər Xəbərlər