Reklam resmi
Reklam resmi

Ukrayna Rusiyanın hərbi-sənaye kompleksinə güclü zərbə endirdi

Ukrayna Rusiyanın hərbi-sənaye kompleksinə güclü zərbə endirdi
Dünya

Ukrayna Silahlı Qüvvələri iyulun 1-nə keçən gecə Rusiyanın Penza və Ufa şəhərlərində yerləşən hərbi-sənaye və enerji obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum edib.

Ajans.az xəbər verir ki, Ukrayna Baş Qərargahı hücumların həyata keçirildiyini təsdiqləyib.

Məlumata görə, Penzada zərbələrdən biri Roskosmosun Fiziki Ölçmələr Elmi-Tədqiqat İnstitutuna (NIIFI) dəyib. Müəssisə raket, kosmik və aviasiya texnikası üçün sensorlar və ölçmə sistemləri istehsal edir. Ukrayna hərbi kəşfiyyatının məlumatına əsasən, institut Su-34Su-57 qırıcıları, X-101, X-59M2 qanadlı raketləri, eləcə də "İskəndər", "Bulava""Topol-M" raket kompleksləri üçün avadanlıq istehsal edir.

Yerli sakinlər şəhərdə ikinci yanğının da baş verdiyini bildiriblər. Penza vilayətinin qubernatoru Oleq Melniçenko hava hücumundan müdafiə sistemlərinin bir pilotsuz uçuş aparatını vurduğunu, nəticədə elektrik xətlərinə ziyan dəydiyini, lakin xəsarət alan olmadığını açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də hücumu təsdiqləyərək bildirib ki, Penzada Rusiyanın hərbi-sənaye kompleksinə aid strateji obyekt vurulub.

Zelenskinin sözlərinə görə, eyni zamanda cəbhə xəttindən 1300 kilometrdən çox məsafədə yerləşən Ufa şəhərindəki neft emalı zavoduna da zərbə endirilib. Yayılan görüntülərə əsasən, hədəf Başneft-UfanefteximBaşneft-UNPZ neft emalı kompleksləri olub.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, iyunun 30-u saat 21:00-dan iyulun 1-i saat 08:00-dək ölkə ərazisi üzərində ümumilikdə 179 Ukrayna pilotsuz uçuş aparatı vurulub. Nazirliyin məlumatına görə, PUA-lar Penza, Samara, Saratov, Rostov, Kursk, Bryansk, Belqorod, Volqoqrad, Kaluqa, Oryol, Tver, Ulyanovsk, Həştərxan vilayətləri, Krasnodar və Stavropol diyarları, Moskva vilayəti, həmçinin işğal olunmuş Krım, Azov və Qara dəniz üzərində zərərsizləşdirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Rusiya

Digər Xəbərlər