Ajans.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Tamaşaçılara daha çox "İndiana Cons", "Ceyms Bond" və "Harri Potter" filmlərindəki rolları ilə tanınan Birn aktyorluq karyerasına Londonda, o dövrdə Kral Milli Teatrı kimi tanınan The Old Vic teatrında başlayıb. 1960-cı illərdə o, səhnəni Lorens Olivye, Meqqi Smit və Robert Stivens kimi tanınmış aktyorlarla bölüşərək müxtəlif tamaşalarda çıxış edib.
Daha sonra Birn həm Londonun müxtəlif teatrlarında fəaliyyətini davam etdirib, həm də kino sahəsində uğurlu karyera qurub. Onun ən yaddaqalan ekran obrazlarından biri 1989-cu ildə ekranlara çıxan "İndiana Cons və Son Səlib yürüşü" filmində canlandırdığı SS polkovniki Valter Vogel olub. Filmdə baş rolları Harrison Ford və Şon Konneri ifa ediblər.
Aktyorun filmografiyasına həmçinin "Sabah Heç Vaxt Ölmür" (1997) adlı "Ceyms Bond" filmi və "Harri Potter və Ölüm Hədiyyələri: I hissə" (2010) daxildir.
Maykl Birn teatr səhnəsindən də ayrılmayıb. O, 2019-cu ildə Bat şəhərində yerləşən Kral Teatrında Anton Çexovun "Vanya əmi" tamaşasında baş rolda çıxış edib.