Yann Zommer klubunu tərk edib
İsveçrə millisinin sabiq qapıçısı Yann Zommer "İnter" klubunu tərk edib.
Ajans.az xəbər verir ki, 37 yaşlı qolkiper müqavilə müddəti başa çatdıqdan sonra komandadan ayrılıb.
Y.Zommer 2023-cü ilin yayından Milan təmsilçisində çıxış edirdi. O, "İnter"in heyətində 2 dəfə İtaliya A Seriyasının çempionu olub, həmçinin ölkə kubokunu və Superkubokunu qazanıb.
Qeyd edək ki, Y.Zommer 2025/2026 mövsümündə 43 matçda meydanda olub, 42 qol buraxıb və 19 görüşdə qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalı onun dəyərini 2 milyon avro qiymətləndirir.
Mövzular: