Reklam resmi
Reklam resmi

SpaceX yeni peykini orbitə çıxardı

SpaceX yeni peykini orbitə çıxardı
Dünya

ABŞ-ın SpaceX şirkəti Falcon 9 raketi vasitəsilə SXM-11 rəqəmsal radio peykini uğurla orbitə çıxarıb.

Ajans.az xarici mediaya istinaən xəbər verir ki, buraxılış 28 iyun tarixində yerli vaxtla saat 22:25-də (Bakı vaxtı ilə 29 iyun saat 06:25) Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələrinin bazasındakı 40 nömrəli buraxılış kompleksindən həyata keçirilib.

Peyk buraxılışdan təxminən 35 dəqiqə sonra nəzərdə tutulan orbitə yerləşdirilib.

SXM-11 peyki ABŞ-ın Sirius XM Holdings Inc. şirkətinə məxsusdur. Təxminən 7 ton çəkisi olan peyk Şimali Amerikada S-diapazonunda peyk radio yayımı xidmətləri göstərmək üçün nəzərdə tutulub. Onun istismar müddətinin 15 il olacağı bildirilir.

Yeni peyk 2008-ci ildən formalaşdırılan Sirius XM peyk qrupunu genişləndirəcək. Hazırda bu şəbəkədə səkkiz peyk fəaliyyət göstərir.

Buraxılış zamanı istifadə olunan Falcon 9 raketinin birinci pilləsi 17-ci dəfə uğurla təkrar istifadə olunub. Ayrıldıqdan sonra mərhələ Atlantik okeanında yerləşən "A Shortfall of Gravitas" pilotsuz platformasına idarə olunan şaquli eniş edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
SpaceX ABŞ

Digər Xəbərlər