Reklam resmi
Reklam resmi

İranda hava limanları BAĞLANIR- MƏHDUDİYYƏT QOYULUR

İranda hava limanları BAĞLANIR- MƏHDUDİYYƏT QOYULUR
Dünya

İranda keçiriləcək vida mərasimi ilə əlaqədar ölkənin bəzi hava limanlarında fəaliyyət məhdudiyyətləri tətbiq olunacaq.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, İran Hava Limanları və Hava Naviqasiyası Şirkəti (IAC) Tehrandakı Mehrabad Hava Limanının iyulun 3 və 6-da fəaliyyətini tam dayandıracağını açıqlayıb.

Bildirilib ki, hava limanı iyulun 4, 5, 7 və 8-də isə məhdud rejimdə fəaliyyət göstərəcək. Bu müddət ərzində bəzi reyslərin təxirə salınacağı və ya ləğv ediləcəyi istisna olunmur.

Məlumata əsasən, Məşhəd Beynəlxalq Hava Limanı da iyulun 9-da fəaliyyətini dayandıracaq.

Sərnişinlərə uçuşlardan əvvəl aviaşirkətlər və hava limanlarının rəsmi məlumatlarını izləmələri tövsiyə olunur.

Qeyd edək ki, məhdudiyyətlər ölkədə keçiriləcək rəsmi vida mərasimi ilə əlaqədar təhlükəsizlik və təşkilati tədbirlərin bir hissəsi kimi tətbiq edilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Əli Xamenei

Digər Xəbərlər