Reklam resmi
Reklam resmi

Mercedes avtobusla toqquşdu: Yaralananlar var

Mercedes avtobusla toqquşdu: Yaralananlar var
Hadisə

Naxçıvanda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az "Unikal"-a istinadən xəbər verir ki, qəza Babək rayonunun Uzunoba kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı avtobus toqquşub.

Qəza nəticəsində 2007-ci il təvəllüdlü Kənan Babək oğlu Rüstəmov, 2006-cı il təvəllüdlü Kamran Vüqar oğlu Sadıqov və 1963-cü il təvəllüdlü Tamara Yusif qızı Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Mövzular:
qəza yaralılar xəstəxana

Digər Xəbərlər