Reklam resmi
Reklam resmi

Avtomobil bazarında BAHALAŞMA RİSKİ?

Avtomobil bazarında BAHALAŞMA RİSKİ?
İqtisadiyyat

Azərbaycana gətirilən minik avtomobillərinin sayında ciddi azalma müşahidə olunur.

İqtisadçı ekspert Natiq Cəfərli ajans.az-a açıqlamasında bildirib ki, bu azalmanın əsas səbəbi ötən ilin sonunda hibrid və elektrik avtomobilləri i bağlı güzəştlərin ləğv olunacağının əvvəlcədən məlum olmasıdır. 

Ekspertin sözlərinə görə, məhz bu səbəbdən ötən ilin oktyabr, noyabr  dekabr aylarında sahibkarlar mövcud güzəştlərdən yararlanmaq üçün böyük həcmdə avtomobil idxal ediblər: 

“İdxal ötən ilin sonunda o qədər artdı ki, indi həmin avtomobillər hələ  satılır. Artıq ilin yarısına çatmışıq, amma  adamları ötən il gətirdikləri avtomobilləri realizə etməyə çalışırlar. Çünki çox böyük həcmdə gətirmişdilər. Ötən ilin son 3 ayında əvvəlki dövrlə müqayisədə idxalda təxminən iki dəfəyə yaxın artım müşahidə olunub. Hazırkı azalma isə əsasən həmin artımın nəticəsidir. 

Ekspert avtomobil qiymətlərinin dəyişməsinin isə bir neçə amildən asılı olduğunu vurğulayıb: 

“Hazırda ötən illə müqayisədə müəyyən qiymət artımı da var  əsas təsir edən amillərdən biri avtomobil kreditlərinin əlçatan olub-olmamasıdır. Əgər banklar avtomobil kreditlərini asanlaşdırsalar, bu zaman avtomobil satışlarında da ciddi artım müşahidə oluna bilər. 

Natiq Cəfərli avtomobil almaq istəyən şəxslərə isə şəxsi maliyyə imkanlarını nəzərə almağı tövsiyə edib: 

İnsanlar avtomobil alanda öz ciblərinə, istəklərinə  ehtiyaclarına uyğun qərar versələr, həmişə daha doğru seçim etmiş olarlar”. 

Mələksəda Ziyad

Mövzular:
Avtomobil artım idxal

Digər Xəbərlər