Reklam resmi
Reklam resmi

Lavrov canlı yayım zamanı söyüş söydü

Lavrov canlı yayım zamanı söyüş söydü
Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında keçirilən 12-ci səfirlik dəyirmi masası zamanı diqqətçəkən insidentlə gündəmə gəlib.

Ajans.az xəbər verir ki, Lavrovun tədbir zamanı yanında əyləşən həmsöhbəti ilə söhbət etdiyi görünür. Həmin vaxt moderator jurnalistlər arasında növbəti sual verəcək şəxsi müəyyənləşdirirdi.

Kadrlara əsasən, Lavrov həmsöhbətinə müraciət edərək: “Təxmin etdiniz, bu artıq yaxşıdır” deyib. Bir qədər sonra moderator Yəməndən olan jurnalisti mikrofona dəvət edib.

Bu zaman xarici işlər naziri həmsöhbətinə emosional şəkildə  "Xeyr, (...), lənət olsun, bu qədər", - deyə cavab verdi. Ardınca isə söhbəti yarımçıq saxlayaraq yenidən jurnalistlərin suallarını cavablandırmağa davam edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Sergey Lavrov

Digər Xəbərlər