Reklam resmi
Reklam resmi

Xameneyinin vida mərasimi ilə bağlı XƏBƏRDARLIQ

Xameneyinin vida mərasimi ilə bağlı XƏBƏRDARLIQ
Dünya

Bu gün Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran ölkənin mərhum ali lideri Əli Xameneyinin vida mərasimi zamanı iştirakçıların çoxluğu, isti hava şəraiti və təşkilati çətinliklərin müəyyən risklər yarada biləcəyini bildirib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, mərasimdə iştirak edən hər kəsin tədbiri əvvəldən sonadək izləməsi mümkün olmayacaq.

Buna görə də vətəndaşlara mərasimin müxtəlif hissələrində və fərqli vaxtlarda iştirak etmələri tövsiyə olunub.

“İnsanlar marşrutlarını bölməli və mərasimdə mərhələli şəkildə iştirak etməlidirlər”, – deyə o bildirib.

Tehran Şəhər Şurasının sədri əlavə edib ki, belə genişmiqyaslı tədbirlərin keçirilməsi müəyyən təhlükələrlə müşayiət olunur və təşkilati məsələlər lazımi səviyyədə həll edilməzsə, ciddi insidentlərin baş vermə ehtimalı mövcuddur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Tehran Şəhər Şurası İran Əli Xameneyi

Digər Xəbərlər