Aİ Moldovaya 523 milyon avro ayıra bilər
Moldova Avropa İttifaqının (Aİ) bu ölkə üçün İnkişaf Planında nəzərdə tutulmuş bütün islahatların yerinə yetirilməsi şərtilə bu ilin sonunadək əlavə olaraq 523 milyon avro dəstək ala biləcək.
Ajans.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-Moldova sammitinin yekunlarına dair Aİ Şurasının sədri Antonio Koşta və Moldova Prezidenti Maya Sandu ilə keçirilən birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Kişineu islahatların 93 %-ni artıq yerinə yetirib.
Mövzular: