Reklam resmi
Reklam resmi

Ukrayna Rusiyada kosmik rabitə mərkəzini VURDU

Ukrayna Rusiyada kosmik rabitə mərkəzini VURDU
Dünya

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Moskva vilayətində yerləşən Dubna Kosmik Rabitə Mərkəzinə hücum edib.

Ajans.az xəbər verir ki, bu barədə TASS agentliyi "Kosmik Rabitə" dövlət müəssisəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hücum kütləvi xarakter daşıyıb. Bununla belə, hadisə nəticəsində televiziya yayımı və rabitə sistemlərinin fəaliyyətində hər hansı ciddi pozuntu qeydə alınmayıb.

"Mərkəzin fəaliyyəti davam edir. Televiziya yayımı və rabitə xidmətləri dayandırılmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Şəxsi heyət arasında xəsarət alan yoxdur", – deyə açıqlamada bildirilib.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin son 24 saat ərzində paytaxt istiqamətində hərəkət edən 84 dronun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı.

Sobyanin hücumların nəticələri və ya mümkün dağıntılar barədə əlavə məlumat verməyib, həmçinin ciddi ziyanın qeydə alınmadığını bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna Dubna Kosmik Rabitə Mərkəzi

Digər Xəbərlər