Çində paraplançı 60 metr yüksəklikdə krandan asılı qaldı
Çinin cənub-qərbində paraplanla uçuş həyata keçirən şəxs qüllə kranına ilişərək havada asılı qalıb. Hadisə nəticəsində o, xilasedicilər tərəfindən təhlükəsiz şəkildə xilas edilib.
Ajans.az xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb.
Məlumata görə, insident Siçuan əyalətinin Nançonq bölgəsində baş verib. Paraplan güclü küləyin təsiri ilə idarəetməni itirərək təxminən 60 metr hündürlükdə yerləşən qüllə kranına ilişib.
Hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi əməliyyat keçirərək zərərçəkəni təhlükəsiz şəkildə aşağı endiriblər.
Mövzular: