Reklam resmi
Reklam resmi

Cənubi Koreyanın keçmiş naziri 25 il həbs cəzası aldı

Cənubi Koreyanın keçmiş naziri 25 il həbs cəzası aldı
Dünya

Cənubi Koreyanın sabiq ədliyyə naziri Park Sung-jae ölkədə hərbi vəziyyətin tətbiqində iştirak etməkdə təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib.

Ajans.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Məhkəmənin qərarında qeyd olunub ki, keçmiş nazir Konstitusiyanı qorumaq öhdəliyini pozaraq hərbi vəziyyətin tətbiqi prosesində iştirak edib.

"Təqsirləndirilən şəxs Konstitusiyanı qorumaq vəzifəsindən imtina edib, uğurlu üsyan ehtimalını qəbul edib və bu prosesdə iştirak etməyi seçib", – məhkəmə qərarında bildirilib.

Məhkəmə hökm elan edildikdən sonra Park Sonq-cenin dərhal həbs olunmasına qərar verib. Hakimlər onun sübutların məhv edilməsinə cəhd göstərə biləcəyindən narahat olduqlarını qeyd ediblər.

İş keçmiş prezident Yoon Suk Yeol-un 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etməsi ilə bağlı araşdırmalar çərçivəsində aparılıb.

Məlumata görə, Yun Sok-yul da hərbi vəziyyətin əsassız tətbiqi və dövlət çevrilişinə cəhd ittihamları üzrə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

İstintaq materiallarında bildirilir ki, prezidentin hərbi vəziyyət elan etməsindən dərhal sonra Park Sonq-ce Ədliyyə Nazirliyinin rəhbər heyətinin təcili iclasını çağırıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Cənubi Koreya Park Sung-jae

Digər Xəbərlər