Reklam resmi
Reklam resmi

Tanınmış aktyor İslamı QƏBUL ETDİ

Tanınmış aktyor İslamı QƏBUL ETDİ
Dünya

"Breaking Bad" serialında canlandırdığı Qas Frinq obrazı ilə dünya şöhrəti qazanan amerikalı aktyor Giancarlo Esposito-nun Səudiyyə Ərəbistanına səfəri zamanı İslam dinini qəbul etdiyi iddia edilir.

Ajans.az xəbər verir ki, bu barədə Saudi Gazette nəşri məlumat yayıb.

Məlumata görə, aktyor Krallıqda film çəkilişləri zamanı şəhadət gətirib. Nəşr bu məlumatı Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Al-Sheikh-in açıqlamasına istinadən yayıb.

Bildirilib ki, Espozito daha sonra məsciddə çəkiliş qrupunun üzvləri ilə birlikdə namaz qılıb. Sosial şəbəkələrdə aktyorun məsciddə olduğu və ibadətdə iştirak etdiyi görüntülər də yayılıb.

Turki Əl-Şeyxin sözlərinə görə, aktyorun bu qərarı Səudiyyə Ərəbistanında keçirdiyi müsbət təcrübə, eləcə də birlikdə çalışdığı müsəlman həmkarları ilə qurduğu münasibətlər və mədəni təmasların təsiri nəticəsində formalaşıb.

Qeyd edək ki, Cankarlo Espozito Səudiyyə Ərəbistanında beynəlxalq miqyaslı "Seven Dogs" filminin çəkilişlərində iştirak edir. Layihə ölkənin kino və əyləncə sənayesinin inkişafına yönəlmiş dövlət strategiyasının bir hissəsi hesab olunur.

Bununla belə, xəbərin yayımlandığı vaxtadək aktyor sosial media hesablarında İslamı qəbul etməsi ilə bağlı rəsmi açıqlama verməyib və məlumatı müstəqil şəkildə təsdiqləməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
"Breaking Bad" serialı Qas Frinq Giancarlo Esposito

Digər Xəbərlər