Reklam resmi
Reklam resmi

Rusiyanın bu hava limanı fəaliyyətini DAYANDIRDI

Rusiyanın bu hava limanı fəaliyyətini DAYANDIRDI
Dünya

Rusiyanın Gelencik şəhərində yerləşən hava limanı iyunun 22-si səhər saatlarından etibarən fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsia) məlumat yayıb.

Məlumata görə, hava limanında təyyarələrin eniş və qalxışına qoyulan məhdudiyyətlər Moskva vaxtı ilə saat 09:07-də qüvvəyə minib. Qeyd olunub ki, qərar uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilib.

Eyni zamanda, Moskvanın Şeremetyevo hava limanında da müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Rosaviatsia bildirib ki, Vnukovo və Domodedovo hava limanları aidiyyəti qurumlarla koordinasiya şəraitində fəaliyyət göstərir, təyyarələrin qəbulu və yola salınması davam etdirilir.

Məhdudiyyətlərlə əlaqədar bəzi reyslərin cədvəlində dəyişikliklərin baş verə biləcəyi istisna edilmir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Gelencik şəhəri hava limanı

Digər Xəbərlər