Reklam resmi
Reklam resmi

İran və ABŞ YENİ RAZILIĞA GƏLDİ

İran və ABŞ YENİ RAZILIĞA GƏLDİ
Dünya

İsveçrənin Burgenstok şəhərində İran və ABŞ nümayəndələri arasında keçirilən danışıqların birinci mərhələsi başa çatıb.

Ajans.az Tasnim News agentliyinə istinadən xəbər verir ki, Pakistan və Qətərin vasitəçiliyi ilə keçirilən görüşlərin atmosferi bəyanatda “konstruktiv”, əldə olunan nəticələr isə “həvəsləndirici irəliləyiş” kimi qiymətləndirilib.

Məlumata görə, tərəflər siyasi nəzarəti həyata keçirəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəliblər.

Bildirilir ki, bu komitə nüvə proqramı, sanksiyalar, monitorinq və mübahisələrin həlli ilə bağlı fəaliyyət göstərəcək işçi qruplarının işinə nəzarət edəcək və onlardan mütəmadi hesabat alacaq. Bəyanata əsasən, tərəflər 60 gün ərzində yekun razılığa nail olmaq üçün yol xəritəsi üzərində də anlaşma əldə ediblər. Bu qərarın texniki danışıqların dərhal başlamasına imkan yaratdığı qeyd olunur. 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp İran

Digər Xəbərlər