Müharibə bitməsə, danışıqlar davam etməyəcək - İrandan şərt
Livanda hərbi əməliyyatlar davam edərsə, İran ABŞ ilə memorandum üzrə danışıqlar masasına qayıtmayacaq.
Ajans.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyətinin rəhbəri ABŞ tərəfini bəyanatlarında daha ehtiyatlı olmağa çağırıb. Kanalın iddiasına əsasən, İran tərəfi Trampın üzr istəməsini danışıqların davamı üçün şərt kimi irəli sürüb.
Bundan başqa, İran nümayəndələri Livanda hərbi əməliyyatların dayandırılması ilə yanaşı, İsrail qoşunlarının ölkənin cənubundan çıxarılmasını da tələb edirlər.
Qeyd edək ki, bundan öncə tərəflər arasında Trampın təhdidlərindən dolayı danışıqların dayandırıldığı, lakin oteldə qeyri-rəsmi şəkildə davam etdirildiyi bildirilirdi.
Mövzular: