Reklam resmi
Reklam resmi

Sızma nəticəsində yeddi nəfər ölüb - Bu ölkədə

Sızma nəticəsində yeddi nəfər ölüb - Bu ölkədə
Dünya
771

Hindistanın şərqindəki Tamilnad ştatının paytaxtı Çennay şəhərində dəniz məhsullarının emalı və ixracı üzrə fabrikdə ammonyak sızması nəticəsində yeddi işçi həlak olub, 40-dan çox şəxs xəsarət alıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə anında müəssisədə ümumilikdə 120 nəfər olub. Milli Təbii Fəlakətlərə Müdaxilə Qüvvələri fəsadların aradan qaldırılması üçün hadisə yerinə 30 nəfərdən ibarət xüsusi qrup göndərib.

"Zəhərli qaz sızması səbəbindən onlarla işçi zəhərlənmə əlamətləri, tənəffüs problemləri, ağız və burun qanaxması ilə xəstəxanalara çatdırılıb. Onlardan yeddisi xəstəxanada vəfat edib, doqquz nəfər isə ağır vəziyyətdə özəl klinikadan Stenli dövlət xəstəxanasına köçürülüb", - məlumatda vurğulanıb.

Xilasetmə işləri davam edir. Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Hindistan Tamilnad ştatı Çennay şəhəri ammonyak sızması Milli Təbii Fəlakətlərə Müdaxilə Qüvvələri

Digər Xəbərlər