Flora Kərimova xəstəxanadan evə buraxıldı
Xalq artisti Flora Kərimova müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Ajans.az xəbər verir ki, bu barədə sənətkarın köməkçisi Əli Davud məlumat verib.
O qeyd edib ki, Flora Kərimovanın səhhəti hazırda yaxşıdır və bağ evinə dincəlməyə gedib:
"Müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarı ilə evə buraxılıb"./oxu.az