Reklam resmi
Reklam resmi

Ece İrtemi ölməzdən əvvəl meymun dişləyib

Ece İrtemi ölməzdən əvvəl meymun dişləyib
Dünya

Taylanda səfərdən qayıtdıqdan qısa müddət sonra vəfat edən tanınmış türkiyəli aktrisa Ece İrtemin ölümü ilə bağlı yeni iddia ortaya atılıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, mərhum aktrisanın vəkili Uğur Gökkoyun prokurorluğa müraciət edərək ölüm səbəbləri arasında meymun dişləməsi ehtimalının da araşdırılmasını istəyib.

Vəkilin sözlərinə görə, 15 iyun 2026-cı ildə evində vəfat edən Ece İrtemin sol qolunda üç çapıq aşkarlanıb. Ailə üzvlərinin bildirdiyinə əsasən, aktrisa Taylanda səfəri zamanı meymun tərəfindən dişlənib.

Uğur Gökkoyun qeyd edib ki, mütəxəssislərlə aparılan məsləhətləşmələr zamanı meymun dişləmələrinin bəzi hallarda ağır infeksiyalara, o cümlədən sepsisə (qan zəhərlənməsi) səbəb ola biləcəyi bildirilib.

Bu səbəbdən vəkil prokurorluğa təqdim etdiyi ərizədə həmin ehtimalın da məhkəmə-tibbi ekspertiza və yarılma prosesi zamanı nəzərə alınmasını xahiş edib.

Hazırda Ece İrtemin ölümünün dəqiq səbəbi rəsmi olaraq açıqlanmayıb. İstintaq və ekspertiza araşdırmaları davam edir.

Qeyd edək ki, aktrisanın vəfatı ictimaiyyətdə böyük rezonans doğurub. O, doğum günündən cəmi bir gün sonra həyatını itirmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ece İrtem Türkiyə

Digər Xəbərlər