"Fənərbağça"da yeni hücumçu
Türkiyənin "Fənərbağça" klubu İspaniyanın "Malyorka" komandasında çıxış edən kosovolu hücumçu Vedat Muriqinin transferini elan edib.
Ajans.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Klubumuzun prinsipial razılığa gəldiyi futbolçu Vedat Muriqi tibbi müayinədən keçmək və transfer danışıqlarının yekun mərhələsini tamamlamaq üçün bu axşam İstanbula gələcək", - deyə açıqlamada bildirilir.
Mövzular: