Reklam resmi
Reklam resmi

Baydenin oğlu reabilitasiya mərkəzində vəzifəyə təyin olunub

Baydenin oğlu reabilitasiya mərkəzində vəzifəyə təyin olunub
Dünya

ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden Cənubi Kaliforniyada fəaliyyət göstərən narkotik reabilitasiya mərkəzində işə başlayıb.

Ajans.az xəbər verir ki, bu barədə Newsmax məlumat yayıb.

Məlumata görə, Hunter Bayden reabilitasiya mərkəzinin nəzdində fəaliyyət göstərən xeyriyyə fondunun məsləhətçisi və icraçı direktoru vəzifələrini icra edir.

Qeyd edək ki, Hunter Bayden daha əvvəl X sosial şəbəkəsində paylaşdığı açıqlamada yeddi ildir narkotik vasitələrdən uzaq olduğunu bildirmişdi.

Bununla yanaşı, The New York Post daha əvvəl Hunter Baydenin Kaliforniyada milyonlarla dollar həcmində borclarla üzləşdiyini yazmışdı. Nəşrin iddiasına görə, o, Vaşinqtondakı hüquq komandasına təxminən 17 milyon dollar, iş adamı və keçmiş əməkdaşı Kevin Morrisə 5 milyon dollar, həmçinin adı açıqlanmayan bir sənət satıcısına 1 milyon dollardan çox borcludur.

Hunter Baydenlə bağlı bu məlumatlar ABŞ mediasında geniş müzakirələrə səbəb olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Co Bayden Hunter Bayden

Digər Xəbərlər