Reklam resmi
Reklam resmi

Dünya Çempionatın azarkeşlərini daşıyan avtomobilə ATƏŞ AÇILDI

Dünya Çempionatın azarkeşlərini daşıyan avtomobilə ATƏŞ AÇILDI
Dünya

ABŞ-nin Kanzas-Siti şəhərində Argentina və Əlcəzair yığmaları arasında keçirilən dünya çempionatı oyunu öncəsi Argentina azarkeşlərini daşıyan avtomobil atəşə tutulub.

Ajans.az xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb.

Məlumata görə, argentinalı azarkeşlərin olduğu taksinin arxasınca başqa bir avtomobil yaxınlaşıb və oradan iki dəfə atəş açılıb. Hadisə nəticəsində taksi sürücüsü yaralanıb.

“Maşın qəfil dayandı. Sürücünün ayağına baxanda güllə yarasını gördüm. Bu, həqiqətən dəhşətli an idi”, – deyə azarkeşlərdən biri bildirib.

Hadisədən sonra azarkeşlər polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların təhlükəsizliyini təmin edərək patrul avtomobilləri ilə stadiona çatdırıblar.

Qeyd edək ki, Argentina və Əlcəzair yığmaları arasında keçirilən qarşılaşma iyunun 17-də baş tutub. Oyun Argentina millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın qəhrəmanı 39 yaşlı hücumçu Lionel Messi olub. O, het-trik edərək komandasının qələbəsində həlledici rol oynayıb. Bununla da Messi dünya çempionatlarında vurduğu qolların sayını 16-ya çatdıraraq Miroslav Klose ilə eyni göstəriciyə sahib olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Kanzas-Siti şəhəri Argentina Əlcəzair dünya çempionatı

Digər Xəbərlər