Reklam resmi
Reklam resmi

PUA hücumu Moskva hava limanlarında xaos yaratdı: 12 min sərnişin GÖZLƏYİR

PUA hücumu Moskva hava limanlarında xaos yaratdı: 12 min sərnişin GÖZLƏYİR
Dünya

Moskva hava limanlarında 12 mindən çox sərnişin uçuşunu gözləmək məcburiyyətində qalıb.

Ajans.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatlarının (PUA) hücumu səbəbindən paytaxtın hava limanlarında uçuş cədvəlində ciddi dəyişikliklər yaranıb. Hazırda 12 400 sərnişin uçuşunu gözləyir.

Bildirilir ki, 60 reys iki saatdan artıq gecikib, 70 uçuş ləğv edilib, daha 80 təyyarə isə alternativ hava limanlarına yönləndirilib.

Qeyd olunur ki, hazırda hava limanları təyyarələrin eniş və qalxmasına tətbiq olunan məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırır və normal fəaliyyətin bərpası istiqamətində işlər davam etdirilir.

Moskva Nəqliyyat Prokurorluğu isə aviaşirkətlərin sərnişin hüquqları ilə bağlı Rusiya qanunvericiliyinin tələblərinə əməl etməsinə nəzarət etdiyini bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Moskva hava limanları Rusiya

Digər Xəbərlər