Rusiyanın Tula şəhərində iki bank filialında yanğın qeydə alınıb. Hadisələrdən biri partlayışla müşayiət olunub.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, ilk yanğın yerli vaxtla saat 22:00 radələrində Frunze küçəsində yerləşən bank filialında baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı partlayış səsi də eşidilib.
Hadisə yerinə operativ şəkildə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və alovun qarşısı alınıb.
Qısa müddət sonra şəhərin Krasnoarmeyski prospektində yerləşən digər bank filialında da yanğın baş verib.
Hadisələrin səbəbləri hələlik açıqlanmayıb. Xəsarət alanlar və ya dəymiş ziyanın miqyası barədə rəsmi məlumat verilməyib. Hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar hər iki hadisə ilə bağlı araşdırmalara başlayıblar.