Məşhur futbolçuya HÖKM OXUNDU
İspaniyalı futbolçu Rafael Mir təcavüz ittihamı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ajans.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Məlumata görə, məhkəmə qərarına əsasən, futbolçu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, zərərçəkmiş şəxsə 64 min avro məbləğində təzminat da ödəməlidir.
28 yaşlı hücumçunun transfer hüquqları İspaniyanın "Sevilya" klubuna məxsusdur. O, 2025/26 mövsümünü icarə əsasında "Elçe"də keçirib.
Mövzular: